FH naziri Bərdədə vətəndaşları qəbul edəcək

FH naziri Bərdədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də saat 11:00-dan Bərdə şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir. Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, qəbulda yalnız Bərdə, Tərtər və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin binasında (ünvan: Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1) iyunun 26-da saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14

e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə