Polad Bülbüloğlu: "Azərbaycan və Rusiya prezidentləri belə forumlara böyük önəm verirlər"
Azərbaycan və Rusiya prezidentləri belə forumlara, əlaqələrə böyük önəm verirlər. Bu sözləri iyunun 24-də jurnalistlərə müsahibəsində Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumda iştirak etmiş səfir Polad Bülbüloğlu demişdir.
Forumda dövlət və hökumət nümayəndələri arasında səmərəli danışıqların olduğunu vurğulayan səfir bildirmişdir: "Ən əsas odur ki, iki ölkənin biznes nümayəndələri təmas yaratsınlar, gələcəkdə birgə layihələr həyata keçirsinlər. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsi deməkdir".
Rusiyanın Azərbaycanın böyük qonşusu olduğunu bildirən P.Bülbüloğlu demişdir: "Rusiyanın əsas gücü regionlardadır. Rusiyanın elə böyük regionları vardır ki, hətta Avropanın bəzi ölkələrindən də geniş imkanlara malikdir. Bundan istifadə etmək lazımdır. Artıq biznes genişlənir".
P.Bülbüloğlu qeyd etmişdir ki, Rusiya ilə Azərbaycan sərhədində - Samuxda yeni körpü tikiləcək, köhnə körpü isə bərpa olunacaqdır. Artıq bu layihə üzrə işlər yekunlaşmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB