Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü ordusuna çevrilib
İyunun 24-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Müdafiə Nazirliyinin, ali hərbi məktəblərin, veteran təşkilatlarının, hərbi hissələrin, şəhər muzeylərinin və digər müəssisələrin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları muzeyin açıq səma altında ekspozisiyası ilə tanış olmuşlar.
Sonra muzeyin rəssamlıq studiyasının rəisi Natiq Rəhimovun çəkdiyi "Şah Təhmasib" portretinin təqdimatı olmuşdur.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Sahib Qarayev tədbiri açaraq Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik etmiş, Azərbaycanda ordu quruculuğunun tarixindən söz açmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vahid komandanlıq altında ordu quruculuğu prosesinə başlanılmış və qısa müddətdə nizami ordu yaradılmışdır. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir.
Əməkdar İncəsənət Xadimi, kinorejissor Ziya Şıxlinski, Silahlı Qüvvələrin veteranı Rasim Muxtarov və digər çıxış edənlər də Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi şanlı yoldan, ordu quruculuğunda ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar.
Mərasimdə muzeyin elmi işlər üzrə rəis müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun "Azərbaycan Milli Ordusunun yaranması tarixindən", AHTM-in elmi işçisi Ərəstun Baxşəliyevin "Azərbaycan Xalq Cümhuriyyəti ordusunun uğurlu hərbi əməliyyatları", muzeyin arxiv-fond və ekspozisiya üzrə rəis müavini Lalə Hüseynovanın "Heydər Əliyev və ordu quruculuğu" mövzularında məruzələri dinlənilmişdir.
Sonra Silahlı Qüvvələr Gününə həsr edilmiş "Yazılsın tarixə bir qızıl xətlə" adlı sənədli filim nümayiş olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB