Heydər Əliyev Mərkəzində nikah mərasimi olub

Heydər Əliyev Mərkəzində nikah mərasimi olub

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran 4 gənc cütlüyün nikah mərasimi keçirilmişdir. Yeni ailə quran gənclər - Hikmət Xələfli və Aysel Osmanlı, Fariz Hacıyev və Əfsanə Əzizli, Ruslan Əhmədov və Aynur İsmayılova, Elman Babayev və Könül Səfərli əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində gənclərin ailə üzvləri, yaxın qohumları və dostlarının iştirakı ilə nikah mərasimi keçirilmişdir. İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin müdiri Hüsniyyə Osmanova cütlüklərin nikahını qeydə almış, onlara qədəm qoyduqları yeni həyatda xoşbəxtlik arzulamışdır.

Rayon icra hakimiyyəti başçısının müavinləri Sevil Əhmədova və Mahmud Süleymanov gəncləri təbrik etmişlər.

Gənc ailələrə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə