Şahbuz rayonunda sığorta sahəsində görülmüş işlər müzakirə edilib

Şahbuz rayonunda sığorta sahəsində görülmüş işlər müzakirə edilib

Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar (MR) Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.

Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, sığortanın kütləviliyinin əhəmiyyətini qeyd etmişdir.

Muxtar respublikada müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərilərək sığortanın faydaları bir daha diqqətə çatdırılmışdır.

Vurğulanmışdır ki, ötən müddətdə Şahbuz rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüşdür. Bu müddətdə Şahbuz rayonunda bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə