Azərbaycan jurnalistlərinin Türkiyəyə səfəri davam edir. Anadolu Agentliyi (AA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi ilə reallaşan ilk təlim günündə Azərbaycanın mediya təmsilçiləri ilə Anadolu Agentliyin baş direktoru Kamal Öztürk nümayəndə heyətinə mediyanın inkişafı barəsində fikirlərini açıqlayıb.
Azərbaycanda multimediyanın inkişafının gərəkli olduğunu vurğulayan Öztürk, AA Xəbər Akademiyası təhsilinin Azərbaycanlı jurnalistlər üçün böyük bir fürsət olduğunu ifadə edib. Öztürk mediada tənqid anlayışının hakim olduğuna diqqəti çəkərək, qeyd edib ki, əslində belə bir qayda yoxdur. Jurnalist gördüyü xəbəri dərc etməlidir. Bu bəzən tənqidi bir xəbər ola bilər, bəzən müsbət bir xəbər ola bilər. Jurnalist tənqid etmək məcburiyyətində deyil, oxucuları məlumatlandırmaq məcburiyyətindədir.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Kamal Öztürk AA-ın beynəlxalq rəqibləri qarşısında üstün istiqamətin nə olduğunu sualına bu cavabı verib: "Ən əhəmiyyətli fərqimiz budur, biz Yaxın Şərq və Balkanlar bölgəsində çox güclüyük. Bu il də Qafqaz bölgəsində çox yaxşı irəliləyiş əldə etdik. Məsələn Ukrayna böhranında ən çox fotoşəkili yayımlayan agentlik biz olduq. Oraya çox yaxşı qruplar göndərdik. O böhranı da Bakıdan idarə etdilər. Bizim ən əhəmiyyətli fərqimiz bəhs etdiyim bölgələrdə bir nömrəli agentliyik. Bizdən daha yaxşı xəbər verə bilməzlər. Balkanlarda ən yaxşı agentlik olduğumuz üçün digərləri bizim dalımızca gəlir. Yaxın Şərqdə ən çox dərc olunan xəbər agentliyi bizik. Ərəblərdən daha çox xəbər çatdırırıq. Bu gücümüzə görə digər agentlərə qarşı fərq yaradırıq".
Diqqətinizə çatdıraq ki, Anadolu Agentliyində Akademiyasında təlim prossesində Azərbaycandan 20 yaxın media təmsilçisi iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB