Göygöldə dənli bitkilərin biçininə başlanılıb

Göygöldə dənli bitkilərin biçininə başlanılıb

İyun ayının 10-dan başlayaraq Göygöl rayonunda dənli bitkilərin biçininə başlanılıb. SİA-nın verdiyi məlumata görə, rayon üzrə taxıl biçini ilə əlaqədar olaraq may ayının sonundan işçi komissiya yaradılıb.

Biçinə başladıqdan sonra hər gün komissiyanın üzvləri rayonda taxılın biçininə nəzarət edir. Göygöldə bu il 9 min 600 hektar əraziyə dənli bitkilər əkilib ki, bunun da 7 min 70 hektarı buğda, 2530 hektarı arpadı. Əkilən taxılın 4 min 490 hektar suvarılan, 5 min 100 hektarı isə dəmyə torpaqlardı. Artıq rayonun suvarılan 1400 hektar torpaqlarında əkilən arpa biçini tam başa çatıb. Burada 1 hektar ərazidə 27-28 sentner məhsul gözlənilsədə, 23 setner məhsul yığılıb ki, bu da 3 min ton təşkil edib. 20 gündən sonra isə 4 min hektar dəmyə torpaqlarında əkilən buğdanın biçininə başlanılacaq.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə