“Mən narkomaniyanı belə görürəm”

“Mən narkomaniyanı belə görürəm”

26 iyun "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" münasibətilə bu gün Park Bulvarda "Mən narkomaniyanı belə görürəm" mövzusunda sərgi təşkil olunub. SİA-nın xəbərinə görə, "Narkotiklərə Qarşı Təbliğat" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan sərginin əsas istiqaməti narkomaniya ilə mübarizə, maarifləndirmə və bu sahədə aparılan təbliğat işləri olub.

Sərgidə Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, beynəlxalq və aparıcı gənclər təşkilatları həmçinin QHT, KİV nümayəndələri iştirak ediblər.

Məktəblilər tərəfindən təqdim olunan müsabiqənin qaydalarına əsasən məktəblilər tərəfindən təqdim olunan rəsm əsərlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Rəssamlar İttifaqı, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin mütəxəssisləri baxış keçirib. Verilən rəylər əsasında qaliblər müəyyənləşdirilərək 3 nominasiya üzrə mükafatlandırma prosesi həyata keçirilib.

Bundan başqa gənclər "Narkomaniyadan özümüzü qoruyaq" başlığı altında yürüş keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə