"Qarabağ müharibəsi əlil və şəhid ailələrinin mənzillə təmin olunması məsələsi ilə əlaqədar bütün məlumatlar hazırlanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, yaxın 3-4 il ərzində 2014-cü ilin birinci yarısına kimi növbədə dayanan bütün Qarabağ müharibəsi əlil və şəhid ailələri mənzillə təmin olunacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, tapşırıq əsasında mövcud problemlər müvafiq orqanlarla birlikdə ciddi tədqiq edilib və bütün göstəricilər ortaya qoyulub: "2014-cü il 1 yanvara kimi mənzil növbəsində dayanan 5731 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailələri var. Onların 1861 nəfəri Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlərində qeydiyyatdadırlar. Qərar qəbul olunub ki, həmin insanlara bu gün tikilən və satılmayan mənzil fondlarından mənzillər veriləcək".
Kənd və rayonlarda yaşayan 3232 ailəyə isə müvafiq torpaq sahələrinin ayrılacağını vurğulayan S. Müslümov qeyd edib ki, bu barədə prezidentin sərəncamında müvafiq bənd də var: "Həmin torpaq sahələrində insanlar üçün fərdi evlər inşa ediləcək. Bütün bunların hesablamaları artıq aparılıb. Bizim hesablamalarla bunun bugünkü bazar qiymətləri əsasında qiymətləri də müəyyənləşdirilib. Artıq prosesə start verilib. 538 ailə isə əvvəlki illərdə tikintisi başlanılan və bu il yekunlaşan evlərdə mənzil alan şəxslərdir. Bununla bağlı büdcəyə investisiya proqramından 5 milyon manat vəsait ayrılıb ki, bununla da Bakı şəhəri və onun ətrafında evlər alınacaq. Bunun hesabında isə 70-80 evin alınması mümkün olacaq. Həmin 538 nəfər isə bu il mənzillərə təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB