Aeroport yolunun təmirə bağlanması təxirə salınıb. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, güclü küləklə əlaqədar olaraq Heydər Əliyev prospektinin Hava limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində yol cizgiləri xətlərinin, riyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri 25.06.2014 tarixinə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB