Dmitrina Dmitrova: "Azərbaycanda gənclərin məşğulluğuna xüsusi diqqət ayrılır"

Dmitrina Dmitrova: "Azərbaycanda gənclərin məşğulluğuna xüsusi diqqət ayrılır"

"Son illər Azərbaycanda gənclərin məşğulluğuna xüsusi diqqət ayrılır. Ölkədə iqtisadiyyatı diversifikasiya olunurvə 1000-dən artıq iş yerləri açılıb. Bununla da burada qeyri-neft sektorunun sahələri inkişaf etməyə başlayır". SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Əmək Təşkilatının Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktoru Dmitrina Dmitrova Bakıda keçirilən "Təhsildən məşğulluğa: gənc, ali təhsilliş ilk dəfə iş axtaranlara dəstək" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünyada 73 mln. gənc işsizdir: "Bu şərait isə narahatlıq doğurur. Bu cür şərait sosial-iqtisadi sabitliyi poza bilər. Heç bir ölkə bundan sığorta olunmayıb. Odur ki, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən hökumətlər axtarışda olmalıdırlar. Gənclər həmkarlar ittifaqlarına cəlb edilməli, onlarla dialoqlar aparılmalı, problemlər və onların elə gənclərin iştirakı ilə həlli yolları axtarılmalıdır. Bu gün Bakıda keçirilən "Təhsildən məşğulluğa: gənc, ali təhsilliş ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsi ilə Azərbaycan bu işə çox vacib tövbəsini verir".

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov isə qeyd edib ki, bu gün ölkədə 40% ali təhsilli gəncə əmək bazarında yer yoxdur: "Əsasən 25-29 yaş arası gənclərə tələbat vardır, lakin 25 yaşdan aşağı gənclərin işə düzəlməsi müəyyən çətinliklərlə üzləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə