Gəncədə 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Məsləhətləşmələrinin ikinci mərhələsinin ilk müzakirələri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun, Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. "Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" mövzusuna həsr olunan milli məsləhətləşmələrdə QHT-lər, gənclər təşkilatları, hökümət qurumları, media nümayəndələri və fəal gənclər iştirak edib. Tədbir çərçivəsində gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşüb və təkliflərlə çıxış ediblər. BMT-nin İP-in nümayəndəsi Antonius Bruk bildirib ki, bu məsləhətləşmələrin aparılmasında əsas məqsəd qazanılan təcrübənin və ölkə qarşısında duran vəzifələri nəzərə alaraq, keçirilən məsləhətləşmələrdə müəyyən olunan prioritetlər üzrə Azərbaycan gənclərinin fikrini öyrənmək və təkliflər almaqdır.
.jpg)
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB