Təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır FOTO

Təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır FOTO

Gəncədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, ictimai və fərdi yaşayış evlərində sıradan çıxan dam örtüklərinin yenilənməsi işləri görülür. Bununla bağlı şəhər icra hakimiyyətində təbii fəlakət nəticəsində şəhərə dəyən ziyanın dəqiq hesablanması və aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb. Komissiyanın rəyinə əsasən təbii fəlakət daha çox evlərin dam örtüyünə ziyan vurub.

Qeyd edək ki, Gəncədə aparılan quruculuq-abadlıq işləri çərçivəsində şəhərin müxtəlif ərazilərində dam örtüyü yararsız olan bütün binaların dam örtüyünün bu ilin sonuna kimi dəyişdirilməsi nəzərdə tutulur.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə