Gənclərin Olimpiya və sağlamlıq festivalı keçirilib

Gənclərin Olimpiya və sağlamlıq festivalı keçirilib

İyunun 23-də Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 120 illiyi münasibətilə gənclərin Olimpiya və sağlamlıq festivalı keçirilmişdir.

Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri fəal, həmçinin sağlam həyat tərzinə həvəsləndirməkdir.

Festival iştirakçıları kütləvi qaçışla yanaşı, şən oyunlarda, o cümlədən müxtəlif idman növlərində öz güclərini sınamışlar. Festivalın proqramına idmanla yanaşı, musiqili bədii-əyləncəli proqram da daxil edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə