Ramazan Abdulatipov: "Prezident İlham Əliyev Azərbaycan və Dağıstan arasında əməkdaşlığı fəal şəkildə dəstəkləyir"

Ramazan Abdulatipov: "Prezident İlham Əliyev Azərbaycan və Dağıstan arasında əməkdaşlığı fəal şəkildə dəstəkləyir"

Prezident İlham Əliyevlə görüşdükdən sonra biz Dağıstanda bir sıra layihələri fəal şəkildə həyata keçirməyə başladıq. Bu fikri jurnalistlərə müsahibəsində V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Qəbələyə gəlmiş Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səsləndirib.

Prezident İlham Əliyevin Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığı fəal şəkildə dəstəklədiyini vurğulayan R.Abdulatipov deyib: "Prezident İlham Əliyevin təşəbbüsü ilə Dağıstanda kommersiyadan daha çox sosial xarakterli olan layihələr həyata keçirilməyə başlanmışdır. Bu isə o deməkdir ki, Azərbaycan Dağıstan Respublikasının inkişafına yardım göstərən mehriban qonşumuzdur".

Dağıstanın başçısı bildirmişdir ki, Rusiyanın ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafı üçün böyük potensialı vardır. O demişdir: "Bununla belə, məncə, biz qarşılıqlı faydalı münasibətlərin inkişaf potensialının maksimum 10 faizindən istifadə edirik. Sovet dövründə Dağıstan Respublikası Azərbaycan ilə birlikdə onlarca layihə həyata keçirmişdir. Perspektivdə Azərbaycanın Dağıstan Respublikasının inkişafına töhfəsi böyük olacaqdır. Rusiya Prezidenti Vladimir Putin də bu əməkdaşlığı dəstəkləyir. Biz prezidentlərimiz arasındakı bu mehriban münasibətləri müasir iqtisadi, mədəni münasibətlərimizdə real şəkildə təcəssüm etdirməliyik. Bunun üçün böyük imkanlar vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə