“Yaşıl gələcək” adlı ekoloji aksiya

“Yaşıl gələcək” adlı ekoloji aksiya

"AxaMBASK" sığorta şirkətinin və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Yaşıl gələcək" adlı ekoloji aksiya keçirilib. Şirkətdən bildiriblər ki, aksiya zamanı şirkətin əməkdaşları "AxaMBASK akademiya" çərçivəsində keçirilən "Sığorta işinin təşkili" kurslarının məzunları ilə birlikdə "Köhnə Günəşli" yaşayış massivində 100-ə yaxın zeytun ağacı əkmişlər. Əkin işləri təcrübəli aqrotexnikin rəhbərliyi ilə aparılıb.

Aksiyanın əsas məqsədi gənclərdə ekoloji mədəniyyətin inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin qorunmasına dair şəxsi məsuliyyət hissi formalaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə