İsa Həbibbəyli: "Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır" RƏY
Naxçıvan Muxtar Respublikası ölkəmizin uzun illər boyu qəhrəmanlıq, şücaətlik, mərdlik rəmzinə çevrilməklə hər bir azərbaycanlının milli qüruru, iftixarı olub. Hər qarış torpağında böyük, qüdrətli Azərbaycan dövlətinin dünənini, bu gününü və gələcəyini yaşadan bu müqəddəs diyar milli vətənpərvərlik ruhumuzun daim yüksək olmasına xidmət etməkdədir. Naxçıvan Muxtar Respublikası bu günə qədər-yəni 1924-2014-cü illəri əhatə edən 90 illik dövrdə ümumilikdə ölkəmizin tarixi, iqtisadi-siyasi həyatında müstəsna rol oynayıb.
AMEA-nın vitse prezidenti, millət vəkili İsa Həbibbəyli SİA-ya son illər respublikada energetikanın inkişafında əldə olunan nailiyyətlərdən danışıb. Onun bildirdiyinə görə hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edildiyi kimi Azərbaycanda da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür: "Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Xüsusilə, son 10 ildə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su elektrik stansiyası, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, Naxçıvan Modul Elektrik Stansiyası, Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik Stansiyaları istifadəyə verilib və bu proses davam edir. Belə ki, Azərbaycanla İran arasında aparılan danışıqlar nəticəsində Naxçıvan Muxtar Respublikasında ikinci Su Elektrik stansiyası tikilməsinin blokada şəraitində olan bir region üçün enerji təchizatının təmin olunması son dərəcə böyük iqtisadi məsələ olmaqla yanaşı, həm də özünəməxsus siyasi əhəmiyyəti vardır".
"Ordubad ərazisində tikilən su-elektrik stansiyası Ordubad və Culfa rayonlarının ərazisini və bu ərazidə olan əkin sahələrinin dövriyyəyə gəlməsinə imkan verəcəkdir"-deyə qeyd edən millət vəkili onu da boldirib ki, beləliklə, bu muxtar respublika əhalisinin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında, enerji ixracının artırılmasında mühüm rol oynayacaqdır.
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB