Dövlət qulluqçusu kimi pensiya alanların sayı 12892 nəfər təşkil edir
Bu gün Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. SİA-nın xəbərinə görə, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq doqquzuncu ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.
Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 01.04.2014-cü il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 12892 nəfər təşkil edir. Onlardan 61,6 faizi yaşa görə, 26,2 faizi əlilliyə görə, 12,2 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.
Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 460,3 manatdır. Onu da bildirək ki, 2014-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1281706 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB