Qeyri-sabit hava sabah da davam edəcək PROQNOZ

Qeyri-sabit hava sabah da davam edəcək PROQNOZ

Bakıda iyunun 24-də güclü şimal küləyi əsəcək, Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 24-də hava əsasən yağmursuz olacaq, gecə və axşam saatlarında şimşək çaxacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə