Bəhram Xəlilov: "Hazırda dövlət qulluqçularının sayı 30 minə yaxındır"
"Hazırda Azərbaycanda V-VII təsnifat üzrə çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluqçularının V-VII təsnifatına aid olan qulluqçuların reyestrini aparılır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Komissiyanın sədri Bəhram Xəlilov deyib.
65 yaşına çatan dövlət qulluqçuları ilə bağlı vəziyyətə də aydınlıq gətirən komissiya sədri bildirib ki, onlarla bağlı 2 il öncə tədqiqat aparılıb: "O zaman bizdə 300-ə yaxın dövlət qulluqçusu vardı. Həmin şəxslərlə qanunvericiliyə uyğun olaraq iş aparılıb. Dövlət qulluqçusunun 65 yaşa çatması onun dövlət qulluğuna xitam verilməsi deməkdir. Amma dövlət orqanı rəhbərinin hüquq var ki, çox dəyərli bir kadr, mütəxəssislərlə əlavə 1 illik əmək müqaviləsi bağlasın. Sonra həmin müqaviləni 1 il də uzada bilər. Bu proses də hazırda dövlət orqanlarının əksəriyyətində tətbiq edilir".
B. Xəlilov gənclərin də dövlət qulluğuna marağının ildən-ilə artdığını qeyd edib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olan şəxslərin 80%-ni məhz gənclər təşkil edir: "Hər il bütün ali təhsil müəssisələrinin məzunları ilə görüşlər keçiririk. Komisisya sədri qeyd edib ki, dövlət qulluğu sahəsi üzrə ən çox ehtiyac informasiya texnologiyaları ixtisasları, hüquqşünas və iqtisadçılarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB