Ermənistan Qafqazda necə yaradıldı?

Erməni yalanlarının arxasında kim dayanır?
Ermənistan Qafqazda necə yaradıldı?

Ermənilərin təbliğat maşınının çəkici qüvvəsini əsasən yalan məlumatlar tutur desək yəqin ki, yanılmarıq. Bu yalanlar nədən ibarətdir? "Ermənistan" adlı dövlətin mövcudluğundan danışarkən dünya tarixində, sənədlərdə, xəritələrdə belə bir dövlətə rast gəlinmədiyini eşitsəniz heç də təəccüblənməyin. Çünki bu belədir. Bəs ermənilərin "dənizdən dənizə" adlandırdığı "Böyük Ermənistan" məfhumu nə deməkdir? Əgər belə bir dövlət olmayıbsa, onda yalan təbliğata iri dövlətlər niyə inanırlar? Axı bunun yalan olduğunu avropalıların hazırladığı xəritədən də dəqiqləşdirmək olar. Məhz həmin Avropa institutları tərəfindən "XII əsrdən bəri Avropa və Qafqazın xəritəsi" adlı slayd hazırlananda da bütün detallar nəzərə alınıb. Diqqətlə baxsaq, 1147-ci ildən 2012-ci ilə qədər olan dövrü əhatə edən slayd-xəritədə bir dəfə də olsun Ermənistan adlı dövlət göstərilməyib. Rus imperiyasının son və Sovet hakimiyyətinin ilk illərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövlətinin yaradıldığını görmək olar. Buyurun siz də videoya baxın. Amma diqqətlə baxın ki, erməni yalanlarını əyani olaraq görün və yaxın ətrafınıza bu haqda danışın.

Bütün xəbərlər Facebook səhifəmizdə