Rusiyadan Azərbaycana gələn turistlərin sayı 4-7% artıb

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 4-7% artıb

Rusiya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır. SİA-nın verdiyi xəbərə görə, bu barədə Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiyanın Regionların inkişafı naziri İqor Slyunayev çıxışı zamanı deyib.

İki ölkə arasında neft-qaz sahəsindəki geniş əməkdaşlıqdan danışan nazir bildirib ki, yaxın günlərdə "Rosneft" və ARDNŞ arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Onun sözlərinə görə, Rusiyanın "LUKoil", "Rosneft" və "Qazprom" kimi neft şirkətləri Azərbaycanda fəaliyyət göstərir.

İ. Slyunayev həmçinin iki ölkə arasında mədəni sahədə olan əlaqələrdən də danışıb: "Rusiyada böyük sayda azərbaycanlılar yaşayır. Onlar üçün Astraxan vilayətində yay məktəbləri təşkil olunur. Rusiya dövləti onlara kitabların və digər tədris vəsaitlərinin verilməsi ilə təmin edir. Ölkələr arasında hüquqi baza da genişlənir. Son illər iki ölkə arasında turistlərin sayı artır. Rusiyadan Azərbaycana gələn turistlərin sayı 4-7% artıb. İnanırıq ki, bu forum da bu ölkəyə gələn turistlərin sayının artırılmasına daha da dəstək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə