Gənc kimyaçı alimlər Türkiyədə təcrübə keçiblər

Gənc kimyaçı alimlər Türkiyədə təcrübə keçiblər

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.M.Quliyev Aşqarlar Kimyasi İnstitutunun elmlər doktorluğu üzrə doktorantları, kimya üzrə fəlsəfə doktorları Əfsun Sucayev və Emin Qəribov Türkiyənin Orta Doğu Texnik Universiteti və Hacettepe Universitetində təcrübə keçibllər. SİA-nın xəbərinə görə, ilk mərhələdə 7 günlük kurs 16-21 iyun tarixlərində baş tutub.

Bu müddətdə gənc alimlər Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi sayılan bu universitetlərinüzvi kimya laboratoriyalarında müasir cihaz və avadanlıqlarla və ən son üzvi sintez və analiz metodları ilə tanış olublar. Növbəti mərhələdə Türkiyənin adı çəkilən universitetlərinin Aşqarlar Kimyasi İnstitutu ilə müştərək beynəlxalq laboratoriyasının yaradılması nəzərdə tutulur.

Təcrübə kursu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyinə layiq görülmüş "Sürtkü materiallarının keyfiyyətini artıran yüksək təsirli antioksidantların alınmasının elmi-praktik əsaslarının işlənib hazırlanması" layihəsi çərçivəsində"nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə