Metropolitenə yeni kadr təyinatı

Metropolitenə yeni kadr təyinatı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb. Metropolitenin rəhbəri yeni ştat vahidi yaradaraq növbəti kadr təyinatı edib.

"Bakı Metropoliteni"QSC-dən verilən açıqlamada bildirilib ki, metropolitendə kadrlar şöbəsinin rəis müavini ştatı açılıb. QSC sədrinin əmrinə əsasən Azər Əbülfət oğlu İsmayılov "Bakı Metropoliteni"ndə kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə