Baykerlərimiz Gəncədə görkəmli şəxslərin abidəsini ziyarət edəcəklər
Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanı Avropada tanıdaq!" devizi ilə Bakıdan Avropaya yürüşə çıxan və oradan da geri qayıdan azərbaycanlı baykerlərin məsuliyyətli və riskli səfəri başa çatmaq üzrədir. Baykerlərimiz indi Azərbaycanın ən qədim şəhəri olan Gəncədədirlər.
Gəncəyə gələn azərbaycanlı baykerlər əhali tərəfindən alqışlarla qarşılanmışdır.
Yürüş iştirakçıları şəhərdə yeni fəaliyyətə başlamış Heydər Əliyev Mərkəzində olmuşlar.
Sonra baykerlər xalqımızın ümummilli liderin Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, Gəncə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri qoymuşlar.
Daha sonra motoyürüş iştirakçıları Gəncədəki "İmamzadə" dini kompleksini ziyarət etmişlər.
Yürüşün uğurla başa çatması münasibətilə qurbanlar kəsildikdən sonra baykelər Bakıya yola düşmüşlər.
12:30
Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanı Avropada tanıdaq!" devizi ilə Bakıdan Avropaya yürüşə çıxan və on min kilometr məsafəni motosikletlə qət edən "Harley Davidson Bakı" klubunun üzvləri Vətənə qayıdırlar.
ANS TV xəbər verir ki, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin başçılıq etdiyi yeddi motosikletçidən ibarət yürüş iştirakçıları iyunun 20-də Gürcüstan-Azərbaycan sərhədini keçərək gecə Gəncəyə çatmışlar.
Gəncədə görkəmli şəxslərin abidəsini ziyarət edəcək azərbaycanlı baykerlər daha sonra paytaxt Bakıya doğru yola çıxacaqlar.
Milli Qurtuluş Günü ərəfəsində başlayan on min kilometrlik yürüş zamanı azərbaycanlı baykerlər Avropanın iri şəhərlərində Heydər Əliyevin abidəsi önünə gül qoymuş və əziz xatirəsini yad etmişlər.
Vahid Mustafayev bildirmişdir ki, iyunun 7-dən başlayan motoyürüşün məqsədi Azərbaycanı Avropada tanıtmaqdır.
Baykerlərimiz Xorvatiyada "Harley Davidson Bakı" klubunun Beynəlxalq Harley Sahibləri Assosiasiyasına üzv qəbul edilməsinə nail olmuşlar. Bundan sonra, Azərbaycan bayrağı altında Xorvatiyada keçirilən festivalda iştirak edən təmsilçilərimiz müxtəlif şəhərlərdə təşkil olunan görüşlərdə ölkəmizlə bağlı məlumat vermiş, yürüş boyunca Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı broşürləri paylamışlar.
Azərbaycan baykerlər on min kilometrlik yol qət etdiklərinə görə "Harley Davidson"un xüsusi mükafatına və hədiyyələrə layiq görülmüşlər. Motoyürüş "Harley Devidson HOG Baku" klubunun təşkilatçılığı və ANS-in informasiya dəstəyi ilə keçirilmişdir.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB