Həftə sonu hava necə olacaq? PROQNOZ

Həftə sonu hava necə olacaq? PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 22-də gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Güclü qərb, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə