Bu gün gecə saatlarından Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən (Karl Marks) 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol asfalt beton işləri ilə əlaqədar bağlanacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
P. Mürsəliyev qeyd edib ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.
P. Mürsəliyev əlavə edib ki, köməkçi yolda işlər təxminən bir həftə - 10 gün ərzində başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB