Şumaxerlə bağlı şok xəbər

Ötən ilin dekabrında xizək sürən zaman başından kəllə beyin travması alan "Formula-1"in yeddi qat çempionu Mixail Şumaxer ömürlük əlil qalacaq. "Şumaxerin səhhəti necədir? O, ömrünün sonuna qədər əlil qalacaq və həmişə başqalarının köməyinə möhtac olacaq. Mən səhv etməyi çox istəyərdim, lakin belə travmaların issiz gedəcəyinə dair şans yoxdur. Şumaxer yarım ilə qədər klinikada qaldı, onun əzələləri ağır dərəcədə zədələnib. İnsanlar onun indi görsəydilər şoka düşərdilər. Mən nə dediyimi yaxşı anlayıram. Çünki həyatım boyu bu cür xəsarət alan xeyli insan görmüşəm", - deyə İsveçrənin Surix şəhərində yerləşən Erik Rederer klinikasının həkimlərindən biri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə