İnqilab Nəsirov Ali Məhkəmənin hakimi təyin edildi

Milli Məclis bu haqda qərar qəbul edib
İnqilab Nəsirov Ali Məhkəmənin hakimi təyin edildi

İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar verib. Qərarda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi səlahiyyətlərinin müddəti 2014-cü il iyunun 25-də bitən İnqilab Maşallah oğlu Nəsirov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir".

Bütün xəbərlər Facebook səhifəmizdə