“KİV-in ailə dəyərlərinə təsiri” mövzusunda təlim kursu təşkil olunub
İyunun 20-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "KİV-in ailə dəyərlərinə təsiri" mövzusunda təlim kursu keçirilmişdir. Tədbirdə çıxış edən komitə sədrinin müavini Aynur Sofiyeva kütləvi informasiya vasitələrinin ailə məsələlərinin təbliğindəki rolundan danışaraq, bu sahədə əməkdaşlığın vacibliyini qeyd etmişdir.
Məlumat verilmişdir ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində AQUPDK tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Azərbaycan ailəsi modelinin KİV vasitəsilə düzgün tanıdılmasının əhəmiyyətini qeyd edən A.Sofiyeva bildirmişdir ki, ailə məsələləri ilə bağlı mövcud problemlər öyrənilməli və bu məsələlərin həlli yolları araşdırılmalıdır.
KİV nümayəndələrinin və müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı təqdimatlar olmuş, müzakirələr aparılmışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB