“Azərbaycan gəncləri narkotiklər əleyhinə" FOTOLAR

Qaradağda tədbir keçirilib
“Azərbaycan gəncləri narkotiklər əleyhinə" FOTOLAR

20 iyun 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı mübarizə həftəsi"nə həsr olunan tədbirlər çərçivəsində "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda rayonu gəncləri ilə görüş keçirilib.

İlk öncə məktəblilərin əl işlərindən ibarət narkomaniyanın fəsadlarını əks etdirən rəsmlərdən təşkil olunmuş sərgiyə baxış keçirilib

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Ülvi Məcidov, Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov və rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov sürətlə inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılmasını daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir. Bu ümumbəşəri bəla ilə mübarizə istiqamətində respublikamızda ciddi tədbirlərin görülüb. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib.

Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirib, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib.

Daha sonra çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açdılar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildiriblər. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamısının zəruriliyi diqqətə çatdırılıb. Narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Tədbiririn sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə