Mona Prasad: “Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub”

Mona Prasad: “Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub”

Azərbaycan Milli Elmlər Akademiyasında Dünya Bankının baş iqtisadçısı Mona Prasadla görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AMEA İqtisadiyyat İnstitutu ilə yanaşı, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA Elmi İnnovasiya Mərkəzi, AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi və s. qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Dünya Bankının Azərbaycanla bağlı hesabatı dinlənilib.

"İqtisadi diversifikasiya və inkişaf" adlı məruzə ilə çıxış edən M.Prasad Dünya Bankının həyata keçirdiyi layihə haqqında məlumat verib. O bildirib ki, bütün Avropa və Mərkəzi Asiya ölkələrini əhatə edən layihə çərçivəsində təbii resurslarla zəngin və qeyri-zəngin ölkələr təhlil olunub. Aparılan təhlillər nəticəsində ölkənin orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilə imkanları müəyyən olunub.

M.Prasad layihə çərçivəsində Dünya Bankı tərəfindən aparılan, Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə imkan verəcək təhlillərin nəticələri ilə iştirakçıları tanış edib. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin üstünlük təşkil etdiyini vurğulayan məruzəçi neft istehsalının ölkədə ümumdaxili məhsula verdiyi töhfə nəticəsində Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə