Ramiz Həsənov Soçidə beynəlxalq tədbirdə işitirak edəcək

Ramiz Həsənov Soçidə beynəlxalq tədbirdə işitirak edəcək

23-26 iyunda Rusiya Federasiyasının Soçi şəhərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (DŞ) növbəti 45-ci iclası keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Şuraya üzv dövlətlərin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahələrində həyata keçirdikləri işlər, elmi-texniki komissiyanın işçi qrupunun iş planı barədə Şuranın qərarları, elmi-texniki komissiyanın və Şuranın işçi qruplarının müntəzəm görüşlərinin yekunları, 2020-ci ilədək Şuranın inkişaf strategiyasının həyata keçirilməsi üçün fəaliyyət planının icra edilməsi, MDB-nin Elektrotexniki Şurası ilə əməkdaşlıq sazişinin layihəsi, akkreditasiya üzrə regional orqanların yaradılması üzrə Şuranın işçi qrupunun tərkibi, iş proqramı və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə