Bu gün Lənkəranda FHN–nin Cənub regional mərkəzində Sənayedə İşlərin Təhlükəsizlik və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi ilə birgə "Sənaye müəssisələrində texniki təhlükəsizliyin təhlili və qabaqlayıcı – profilaktik tədbirlərin görülməsi" mövzusunda seminar keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, seminar – müşavirədə əsasən regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərləri, sahibkarlar, iş adamları və fiziki şəxslər iştirak edib.
Bildirilib ki, respublika ərazisində tikinti materialları, xammalların istehsalı üçün sahibkarlara yerli icra hakimiyyətləri tərəfindən torpaq sahələrinin müvafiq qaydalarının tələbləri gözlənilmədən kütləvi şəkildə verilməsi, öz növbəsində sahibkaların əksər hallarda istismar norma və qaydaların tələblərinə zidd fəaliyyət göstərmələri, bəzi sahələrdə ekoloji mühitin pozulması, eyni zamanda istismar ərazilərdə yerləşən infrastruktur obyektlərinə mənfi təsirinin artdığı müşahidə olunur. Hazırda Cənub regionu üzrə 142 qeydiyyata alınan təhlükə potensiallı müəssisə və sayı 960 olan avadanlıqlar var. Təhlükə potensiallı müəssisələrin 35 – də texniki müayinə keçirilib, nəticədə 5 obyekt üzrə akt tərtib edilib. 27 müəssisədə isə qayda pozuntusu aşkarlanıb.
FHN-nin rəsmisi İsmayıl Məşədiyev bildirib ki, müşavirənin keçirilməsində əsas məqsəd tədbir iştirakçılarına, rəhbərlik etdikləri sahədə baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində təcili tədbirlərin görülməsi, qəza və bədbəxt hadisələr barədə vaxtında xəbərdar edilməsi, qabaqlayıcı – profilaktik tədbirlərin görülməsində onlara yardımçı olmaq, onların bu sahədə maarifləndirilməsi və bu işdə Cənub Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti müfəttişliyinin rolunun gücləndirilməsidir.
Seminar – müşavirənin sonunda bir daha vurğulanıb ki, bu sahə üzrə hər hansı bir bədbəxt hadisənin baş verməməsi üçün istər əhali, istərsə də sahibkar dövlət strukturlarında maarifləndirmə işlərinin aparılması olduqca əhəmiyyətlidir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB