Azərbaycan alimi impakt faktorlu jurnalın redaksiya heyətinə üzv seçilib
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva impakt faktorlu "American Journal of Educational Research" beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib. Bu barədə SİA-ya Fəlsəfə və Hüquq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, jurnalın əsasən Amerika və Avropa ölkələrinin nümayəndələrindən ibarət redaksiya heyətində R.Rzayeva Azərbaycandan yeganə təmsilçidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB