"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilib

"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilib

Birinci instansiya məhkəmələrinin maliyyələşdirilməsi üçün Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq. SİA-nın məlumatına görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilib.

Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 90-cı maddəsinin sonuncu hissəsinə dəyişiklik edilib. Qanun layihəsinə görə, birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınacaq.

Mövcud varianta görə isə müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsi ilə müəyyən edilən hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə