Statistik məlumatların verilməsi qaydalarını pozanlar 700 manat cərimə ödəyəcək

Statistik məlumatların verilməsi qaydalarını pozanlar 700 manat cərimə ödəyəcək

Parlamentin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 700 manatadək miqdarda cərimə edilir.

Məlumat üçün bildirək ki, qüvvədə olan cərimə miqdarı 35 manatdan 50 manatadək idi.

Qeyd edək ki, dəyişiklik səsvermə yolu ilə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə