Sinoptiklər xəbərdarlıq edir

Sinoptiklər Bakıda güclü şimal küləyi əsəcəyi ilə bağlı xəbərdarlıq edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, sabah günortadan sonra Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsməyə başlayacaq.

Bakı və Abşeron yarımadasında iyunun 21-də hava şəraiti dəyişkən buludlu olacaq, əsas yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Bakı və Abşeron yarımadasında iyunun 21-də havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 21-də hava əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək, dağlıq və dağəətəyi rayonlarda külək güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə