Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Azərbaycanda "Çağ Öyrətim" məktəblərinin və "Araz" kurslarının bağlanmasına etiraz edib. SİA-nın xəbərinə görə, millət vəkili bildirib ki, hər kəs bir müddət sonra bu qərarın nə qədər yanlış olduğuna və Azərbaycan təhsilini ağır zərbə vurduğuna şahid olacaq.
O həmçinin əlavə edib ki, bir ingilis məktəbinin də bağlanmasının əleyhinədir: "On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyəti işsiz qalacaq. Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa, qəbulu dayandırardılar, amma orada təhsil alanlar təhsilini davam etdirərdilər. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Nə olar ölkədə rus məktəbi, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm".
Millət vəkili Qüdrət Həsənquliyev həmkarı Fazil Mustafanın çıxışına etiraz edib: "Mən Fazil Mustafanın türk məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Məktəblər dövlətin təsiri altındadır. Hər hansı dinin və ideologiyanın təsiri altında olmamalıdır. Ona görə ARDNŞ-ın qərarını alqışlayıram. Vaxtında verilmiş düzgün qərardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB