2013-cü ildə Azərbaycanda 86.852 nigah bağlanıb. SİA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova jurnalistlər üçün keçirilən təlimdə çıxış edərkən məlumat verib. O bildirib ki, ötən il Azərbaycanda 11.730 nəfər boşanıb.
Onun sözlərinə görə, 2013-cü ildə bağlanan nigahlardan 2780-i xarici vətəndaşlarla bağlanan nigahlardır: "Ötən il qeyri-rəsmi nigahdan doğulan uşaqların sayı 25.069 olub. Lakin onlardan yalnız 8000-i tək qadınlar tərəfindən dünyaya gələn uşaqlardır. Digər uşaqların sağlam, gözəl ailələri var, lakin valideynlərinin nigahları olmadığından onlar qeyri-rəsmi nigahdan olan uşaqların sayına daxil ediliblər. Onların içərisində hətta nəvələri olanlar var ki, uzun illərdir bərabər, ailə şəklində yaşayırlar, lakin nigah bağlamayıblar".
A.Veysəlova həmçinin bildirib ki, ötən il erkən nigahdan doğulan uşaqların sayı 2855 olub:" Bu rəqəm digər illərlə müqayisədə azalıb. 2012-ci idlə bu rəqəm 4000-dən çox olub. Ötən il doğulan uşaqların sayına gəlincə, onların sayı 172.600 olub".
Ötən il məişət zorakılığının qurbanlarına gəlincə, baş məsləhətçi vurğulayıb ki, ötən il 713 nəfər məişət zorakılığının qurbanı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB