Xosrovtac: “Azərbaycandan Məşhəd şəhərinə aviareysin açılmasını istəyirik”

Xosrovtac: “Azərbaycandan Məşhəd şəhərinə aviareysin açılmasını istəyirik”

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə bu gün İranın sənaye və ticarət nazirinin birinci müavini Müctəba Xosrovtac bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

İclasın avqustun 4-5-də keçirildiyini deyən Xosrovtac bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir və özəl sektorun fəaliyyəti genişlənir.

Azərbaycana səfərindən danışan nazir müavini vurğulayıb ki, səfərinin əsas məqsədi Azərbaycandakı sənaye sektorunun vəziyyətini öyrənmək və İranda özəl sektoru məlumatlandırmaqdan ibarətdir: "Azərbaycandakı quruculuq işlərində bizim özəl sektor yaxından iştirak etmək istəyir. Şirkətlərimiz Bakıda keçiriləcək inşaat sərgisində iştirak edəcəklər. Biz məhsulların tranziti sahəsində də əməkdaşlıq edə bilərik. Qonşu ölkələrlə tranzit yüklərin daşınması sahəsində əməkdaşlığa maraqlıyıq. Astara-Rəşt dəmir yolunun çəkilişini başa çatdırsaq, Qafqaz ölkələri ilə dəmir yolu bağlantımız yaranacaq. Hər il İrana 1 milyona yaxın Azərbaycan vətəndaşı səfər edir. Onların böyük hissəsi tibbi müayinə üçün İrana gedir. Bizim istəyimizdən biri də Məşhəd şəhərinə Azərbaycandan aviareysin açılmasıdır. Ümid edirəm ki, gələcəkdə Bakıdan Ənzəliyə dəniz reysi də açılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə