Havada təhlükə Həkimlər həyəcan təbili çalır

Havada təhlükə Həkimlər həyəcan təbili çalır

Ca­nı­mız is­ti­yə so­yuq­dan da­ha da­vam­lı ol­sa da, qız­mar yay gün­lə­ri də səhhətimizə təsrisiz ötüşmür. İsti hava şəraiti ilə bağlı mütəxəssislərin tövsiyyəsini təqdim edirik. H­əkim­lər bu gün­lər in­san­la­rı sağ­lam­lıq­la­rı­na qar­şı da­ha diq­qət­li ol­ma­ğa ça­ğı­rır. Çünki, is­ti ha­va şə­rai­ti ilk növ­bə­də ürə­yi zə­if adam­la­ra mən­fi tə­sir gös­tə­rir.

Terapevt Gül­na­rə Ağa­ye­va­nın sözlərinə görə, is­ti ha­va şə­rai­ti hət­ta bə­zi ürək xəs­tə­lə­ri­ni kri­tik du­ru­ma sa­la bi­lər: "Xü­su­si­lə də ürək ça­tış­maz­lı­ğı olan in­san­la­rın və­ziy­yə­ti yay ay­la­rın­da xey­li pis­lə­şir. Bu və­ziy­yə­tin ya­ran­ma­sı­na əsas sə­bəb isə is­ti­də tər­lə­mə va­si­tə­si­lə in­san or­qa­niz­mi­nin xey­li miq­dar­da su və duz itir­mə­si­dir. Yay­da ürək xəs­tə­li­yi olan in­san­lar­da arit­mi­ya eh­ti­ma­lı da ar­tır ki, bu da ürək ça­tış­maz­lı­ğı olan xəs­tə­lə­rin əsas ölüm sə­bəb­lə­rin­dən bi­ri­dir. Arit­mi­ya­la­rın kəs­kin­ləş­mə­si­nə isə elek­tro­lit po­zul­ma­la­rı sə­bəb olur. İs­ti ha­va şə­rai­tin­də tə­nəf­füs sis­te­min­də prob­le­mi olan xəs­tə­lər də öz­lə­ri­ni pis hiss edir­lər. Bu on­la­rın psi­xo­lo­gi­ya­sı­na mən­fi tə­sir gös­tə­rir".

H­əkim məs­lə­hət gö­rür ki, qar­şı­da­kı is­ti gün­lər­də ürək xəs­tə­li­yi olan in­san­lar ilk növ­bə­də, qə­bul et­dik­lə­ri qi­da­ya diq­qət ye­tir­sin­lər: "Xü­su­si­lə də, or­ta yaş­lı in­san­lar qi­da­dan kə­rə ya­ğı­nı çı­xart­ma­lı, mal əti və on­dan ha­zır­la­nan ye­mək­lər­dən uzaq dur­ma­lı­dır­lar. Daha çox mey­və tə­rə­vəz­dən ha­zır­la­nan ye­mək­lə­rə üs­tün­lük ve­ril­mə­li­dir. Yay ay­la­rın­da ürək xəs­tə­lik­lə­ri olan­la­ra ha­va­nın sə­rin vax­tı, sə­hər və ax­şam sa­at­la­rın­da gə­zin­ti­yə çıx­maq da fay­da­lı­dır.

Ya­yın is­ti gün­lə­rin­də Gü­nəş şüa­la­rı­nın tə­si­rin­dən da­ha çox eh­ti­yat­lan­maq la­zım­dır. Bu gün­lər sa­at 12:00-dan 16:00-a ki­mi gü­nün al­tın­da qal­ma­ma­ğa ça­lı­şın. Çün­ki Gü­nəş şüa­la­rı açıq ha­va­da uzun müd­dət olan hər kə­sə pis tə­sir gös­tə­rə və gün­vur­ma­ya sə­bəb ola bi­lər".

Gül­na­rə Ağa­ye­va­nın söz­lə­ri­nə gö­rə, gün­vur­ma çox vaxt ürək bu­lan­ma­sı, qus­ma, baş­gi­cəl­lən­mə­si, baş ağ­rı­sı, rən­gin ava­zı­ma­sı ilə mü­şa­yi­ət olu­nur. Bu za­man gün vu­ran in­san hət­ta hu­şu­nu da iti­rə bi­lər. H­əki­min söz­lə­ri­nə gö­rə, gün­vur­ma nə­ti­cə­sin­də be­yin da­mar­la­rı­nın da­ral­ma­sı, də­ri da­mar­la­rı­nın ge­niş­lən­mə­si, təz­yi­qin aşa­ğı düş­mə­si, güc­lü tər­lə­mə sə­bə­bin­dən qa­nın qa­tı­laş­ma­sı baş ve­rə bi­lər. Ümu­mi­lik­də xəs­tə­nin və­ziy­yə­ti onun gü­nün al­tın­da nə qə­dər qal­ma­sın­dan ası­lı­dır. H­əkim mə­sə­lə­hət gö­rür ki, gün vu­ran in­sa­nı dər­hal sə­rin və köl­kə­li mə­ka­na ke­çirt­mək la­zım­dır. Əgər ürək­bu­lan­ma və qus­ma var­sa və xəs­tə huş­suz və­ziy­yət­də­dir­sə, onun ba­şı­nı ya­na çe­vir­mək la­zım­dır ki, qus­ma küt­lə­lə­ri nə­fəs yo­lu­nu tut­ma­sın. Xəs­tə­nin hu­şu özün­də­dir­sə, ona ilıq ma­ye içirt­mək olar:"Dədə-ba­ba­la­rı­mız hə­mi­şə gün vu­ran ada­ma ay­ran, qa­tıq­la kö­mək edib­lər. Çün­ki tər­lə­mə za­ma­nı in­san bə­də­ni çox­lu duz iti­rir. Çox vaxt xəs­tə­nin və­ziy­yə­ti­nin kəs­kin­ləş­mə­si məhz bu sə­bəb­dən baş ve­rir. Bu ma­ye­lər isə bə­dən­də du­zun bər­pa­sı­na kö­mək edir. Gün­vu­ran a dam­la­ra sis­tem şək­lin­də 1-1,5 lit­rə ya­xın ma­ye kö­çü­rül­mə­li­dir. Xəs­tə­nin tem­pe­ra­tu­ru­nu aşa­ğı sal­maq üçün onun bə­də­ni­ni buz­la su ilə sil­mək la­zım­dır. Bu məq­səd­lə da­mar­la­rın, bud ar­te­ri­ya­la­rı­nın üzə­ri­nə, qol­tuq al­tı­na, bo­yu­na buz da qo­yu­la bi­lər. Kim­yə­vi pre­pa­rat­la­ra gə­lin­cə, gün vu­ran in­sa­na yar­dım gös­tə­rən hə­kim be­lə mad­də­lər­dən is­ti­fa­də et­mə­miş­dən əv­vəl xəs­tə­nin or­qa­niz­mi­nin və­ziy­yə­ti­ni də­qiq öy­rən­mə­li­dir: "Əgər xəs­tə­nin ürək fəa­liy­yə­ti zə­if­dir­sə, bu za­man ona ka­fe­in, kor­dea­min vu­rul­ma­lı­dır. Am­ma xəs­tə­nin təz­yi­qi yük­sək­dir­sə, tə­bii ki, bu pre­pa­rat­lar­dan is­ti­fa­də et­mək ol­maz".

H­əki­min söz­lə­ri­nə gö­rə, gün­vu­ran adam­la­rı bir müd­dət sə­rin otaq­da, ya­taq şə­rai­tin­də sax­la­maq la­zım­dır: "La­zım gə­lər­sə, be­lə xəs­tə­lər qos­pi­ta­li­za­si­ya olu­nur və on­la­rın sta­sio­nar müa­li­cə­si apa­rı­lır. Xəs­tə­nin hu­şu özün­də ol­ma­yan­da isə onu müt­ləq rea­ni­ma­si­ya şə­rai­tin­də müa­li­cə et­mək la­zım­dır".

H­əkim de­yir ki, ümu­mi­lik­də gü­nəş şüa­la­rı təz­yi­qi, ürək-da­mar sis­te­min­də prob­lem­lə­ri olan­lar da­ha tez və pis tə­sir gös­tə­rir. Şə­kər­dən, on­ko­lo­ji xəs­tə­lik­lər­dən, piy­lən­mə­dən əziy­yət çə­kən­lər də qız­mar gün­lər­də eh­ti­yat­lı ol­ma­lı­dır­lar. H­əki­min söz­lə­ri­nə gö­rə, ümu­miy­yət­lə, hər kəs qız­mar yay gün­lə­rin­də ən azı 2 litr ma­ye qə­bul et­mə­li­dir ki, or­qa­nizm is­ti­yə mü­qa­vi­mət qa­bi­liy­yə­ti­ni itir­mə­sin.

Bütün xəbərlər Facebook səhifəmizdə