“Gənclərin Olimpiya və sağlamlıq festivalı” təşkil ediləcək

“Gənclərin Olimpiya və sağlamlıq festivalı” təşkil ediləcək

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) Gənclər və İdman Nazirliyi, həmçinin "İnkişaf Naminə İdman" İctimai Birliyi ilə birlikdə iyunun 23-də Dənizkənarı Milli Parkda müasir Olimpiya hərəkatının yaranmasının 120 illiyi münasibətilə "Gənclərin Olimpiya və sağlamlıq festivalı"nı keçirəcəkdir.

MOK-dan bildirmişlər ki, məqsəd Olimpiya hərəkatı və sağlam həyat tərzini əhali arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Olimpiya çempionları, müxtəlif idman federasiyalarının nümayəndələri və başqaları iştirak edəcəklər.

Festival iştirakçıları kütləvi qaçışla yanaşı, şən və inteqrasiyalı idman fəaliyyətlərində, o cümlədən idmanın müxtəlif növlərində məharətlərini sınayacaqlar. Festivalın proqramına idmanla yanaşı, bədii-əyləncəli və musiqili çıxışlar da daxil edilmişdir. İdman və əyləncəli yarış proqramlarında fəallıq göstərən iştirakçılar və qaliblər Beynəlxalq Olimpiya Komitəsinin diplomları, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin hədiyyələri ilə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə