"Azərfon" MMC "Asan imza" mobil elektron imza xidmətinə başlamışdır. Şirkətdən bildirmişlər ki, "Asan imza" elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. Mobil elektron imza texnologiyasının açar üstünlükləri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətdən istifadə üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.
Bu barədə əlavə məlumatı www.asanimza.az saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB