Ziya Məmmədov Tovuzda vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Tovuzda vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Ziya Məmmədov iyunun 23-də Tovuz şəhərində Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə keçirilir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyunun 20-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: Tovuz "25 saylı Yol İstismarı İdarəsi" (Tovuz rayonu, Abulbəyli kəndi), Ağstafa "26 saylı Yol İstismarı İdarəsi" (Ağstafa şəhəri, məhəllə-33), Qazax "27 saylı Yol İstismarı İdarəsi" (Qazax şəhəri, N.Nərimanov küç.,117).

Bütün xəbərlər Facebook səhifəmizdə