Erməni qəsbkarları tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi nəticəsində hazırda respublikamızda 1 milyona yaxın məcburi köçkün ailəsi yaşayır. SİA-nın Cənub Bürosunun verdiyi məlumata görə, doğma yurd-yuvalarından, ev-eşiklərindən didərgin salınan bu ailələrdən bəziləri Lənkərana da pənah gətirib. Hazırda rayonda 258 nəfərdən ibarət 70 məcburi köçkün ailəsi məskunlaşıb. Milli Qurtuluş Günü münasibətilə Respublika Auditor Palatası tərəfindən həmin ailələrə ərzaq yardımı göstərilib.
Bu münasibətlə iyunun 19-da keçirilən tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq rayonda məcburi köçkün ailələrinin qayğı ilə əhatə olunduğunu söyləyib, onlara hər zaman maddi və mənəvi dəstək verilməsinin diqqətdə saxlanıldığını vurğulayıb.
Respublika Auditor Palatasının sədri Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın geri qaytarılacağı, məcburi köçkünlərin öz əzəli və əbədi dədə-baba torpaqlarına qayıdacağı gün uzaqda deyildir.
Sonra Palata rəsmisi məcburi köçkün ailələrini Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda məcburi köçkün ailələrinə ərzaq yardımı verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB