Stansiyada qatarların gecikməsinə aldanmayın, çünki Bakı Metropoliteni yay qrafikinə keçib

Stansiyada qatarların gecikməsinə aldanmayın, çünki Bakı Metropoliteni yay qrafikinə keçib

İyunun 17-dən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya açıqlamasında bildirib ki, yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır.

Onun sözlərinə görə, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib: "Mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır".

N. Paşayev onu da əlavə edib ki, əvvəllər 30 cüt qatar xəttə buraxılırdısa, indi 24 cüt qatar buraxılır: "Bu 1 saat ərzində bir xətdə olan qatarların sayı deməkdir".

O da bildirilib ki, yay vaxtına keçidlə əlaqədar dəqiq tarix məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə