Türkiyədə keçirilən təlim kursunda Azərbaycanla bağlı təqdimat olub

Türkiyədə keçirilən təlim kursunda Azərbaycanla bağlı təqdimat olub

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) və Türkiyə Beynəlxalq Əməkdaşlıq Agentliyi (TİCA) tərəfindən Ankarada "Sənayedə enerji effektivliyi və idarəolunması" adlı 10 günlük təlim kursu təşkil olunmuşdur.

Dövlət Agentliyindən bildirmişlər ki, təlimdə bir çox ölkənin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşı da iştirak etmişdir.

Kursun açılış mərasimində çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iştirakçılara uğurlar arzulamış və öz məsləhətlərini vermişdir. Təlim proqramı çərçivəsində Türkiyənin enerji sahəsində tanınmış alimləri mühazirələr oxumuşlar. İştirakçılar, həmçinin ayrı-ayrı müəssisələrdə olmuş və enerji effektivliyinin əldə edilməsi yolları ilə bağlı əyani məlumatlar almışlar.

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşı Cəbrayıl Əliyev təlim kursunda ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələri, onlardan istifadə perspektivləri, bu sahədə görülmüş işlər və enerji effektivliyi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış etmişdir.

C.Əliyev kursu müvəffəqiyyətlə başa vurduğuna görə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Türkiyə Beynəlxalq Əməkdaşlıq Agentliyinin sertifikatı ilə təltif edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə