Almaz Sultanzadə: Azərbaycanın milli qəhrəmanları haqqında filmlər çəkiləcəkdir
Artıq üç ildir ki, "Salnamə" və "Yaddaş" studiyalarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın milli qəhrəmanları haqqında filmlər çəkilir. Cəmi 24 film çəkilmişdir. Onlardan ikisi – "Cavanşir" və "Qəhrəman polis" filmləri Qaxda və Masallıda nümayiş etdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə bu barədə jurnalistlərə müsahibəsində məlumat vermişdir.
O qeyd etmişdir ki, Kəmalə Musazadə, Zamin Məmmədov, Seyran Mahmudoğlu və digər rejissorlar, gənc olduqlarına baxmayaraq, bu mürəkkəb işin öhdəsindən gələ bilmişlər.
A.Sultanzadə demişdir: "Silahlı Qüvvələr Günü münasibətilə, bu filmlər iyunun 19-dan 26-dək Azərbaycan regionlarında nümayiş etdiriləcəkdir. Gələcəkdə Azərbaycanın digər milli qəhrəmanlarının həyatından bəhs edən sənədli filmlərin də çəkilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB