Azərbaycan dəmir yolunda mülki müdafiə məşqi keçirilib

Azərbaycan dəmir yolunda mülki müdafiə məşqi keçirilib

Azərbaycan Dəmir Yolları" QSC-nin mülki müdafiə tədbirləri planına uyğun olaraq mayın 18-də Bakı sərnişin stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti mülki müdafiə məşqi keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, tədbirə Bakı sərnişin stansiyasının rəhbər işçiləri, fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu və qeyri-dəmir yolu müəssisələrinin əməkdaşları cəlb olunublar.

QSC-nin hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyi tərəfindən təşkil olunan məşq fövqəladə hallar zamanı stansiyanın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığına baxış keçirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi və hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyə biləcək ziyanın mümkün qədər azaldılmasının hərtərəfli təhlil edilməsi məqsədi daşııb.

Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirovun və hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişi Oqtay Abbasovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.

Qeyd edək ki, məşqdən sonra keçirilən müşavirədə stansiyada mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə